İsrail ordusu Qəzzada döyüşlər zamanı səhvən üç girovu öldürüb
16-12-2023, 10:24
İsrail Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Qəzza zolağında döyüşlər zamanı yanlışlıqla üç israilli girovu öldürüb.
Bu barədə ordunun mətbuat xidməti bildirib.
“Əş-Şucayidə döyüşlər zamanı SAXAL səhvən üç israilli girovu təhdid kimi müəyyən edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb”, – bəyanatda açıqlanıb.
“SAXAL insidentdən dərhal sonra təhqiqata başlayıb”, – mətbuat xidməti əlavə edib.