Yük maşının sürücüsü həyatı ilə risk etdi: Maşın aşdı, yük dağıldı - VİDEO

17-12-2023, 12:04           
Yük maşının sürücüsü həyatı ilə risk etdi: Maşın aşdı, yük dağıldı - VİDEO
Azərbaycanda daş yükü ilə dolu olan “KamAZ” markalı yük maşının sürücüsü həyat üçün riskli olan manevr edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yük maşının sürücüsü avtomobillərin keçidi üçün yararsız vəziyyətdə olan dəmir körpü vasitəsilə qarşı tərəfə keçməyə çalışıb.

Lakin onun risk etməsi özünü yumşaq desək doğrultmayıb. Maşın yerindən tərpənəndən bir neçə saniyə sonra yan üstə aşıb, daşlar isə ətrafa dağılıb.
Hadisə nəticəsində sürücünün və yanındakı sərnişinin aqibətinin necə olduğuna dair məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru