Floridada ticarət mərkəzində atışma: Ölən və yaralanan var - VİDEO

24-12-2023, 13:24           
Floridada ticarət mərkəzində atışma: Ölən və yaralanan var - VİDEO
ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə şəhər polisi məlumat verib.

Polisin məlumatına görə, bir kişi ölüb, bir qadın isə yaralanaraq xəstəxanaya aparılıb.

Polis həmçinin bildirib ki, şübhəli hadisə yerindən qaçıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru