Sumqayıtda qəza: Sərnişin dolu mikroavtobus zolaqdan çıxdı

24-12-2023, 19:19           
Sumqayıtda qəza: Sərnişin dolu mikroavtobus zolaqdan çıxdı
Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

Bizim.Media oxu.az saytına istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Belə ki, “Range Rover” və “Chevrolet” markalı avtomobillər toqquşaraq, öz yolu ilə hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.

Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru