Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb

25-12-2023, 11:09           
Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb
Rusiyanın Tıva Respublikasında iki avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü sərxoş halda qarşı zolağa çıxıb və əks istiqamətdə hərəkətdə olan “Lada Priora” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, o cümlədən biri azyaşlı uşaq olmaqla iki sərnişin ölüb.

Daha iki azyaşlı və üç böyük şəxs tibb müəssisəsinə yerləşdirilib. Qəza ilə bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru