Rusiyanın atom buzqıran gəmisi yandı...

25-12-2023, 11:18           
Rusiyanın atom buzqıran gəmisi yandı...
Rusiyanın Murmansk şəhərində nüvə enerjisi ilə işləyən konteyner gəmisi - “Sevmorput”da yanğın baş verib.
"TSN" xəbər verir ki, bu barədə Rusiya nəşrləri yazıb.

Yanğın “Sevmorput”da gəminin kayutalarından birində ilkin olaraq 30 kv.m sahədə qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının yayılması təhlükəsinin olmadığını bildirib.

Bir qədər sonra işğalçı ölkənin Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü, hadisə zamanı itkilərin olmadığını bildirib.

"Sevmorput" 1986-cı ildə Kerçdəki "Zaliv" gəmiqayırma zavodunda inşa edilmiş Rusiyanın atom enerjili yük gəmisidir.

Gəmi 2007-2013-cü illərdə müvəqqəti olaraq istismardan çıxarılıb. 2015-ci ilin noyabrında istismara verilib. Gəminin atom elektrik stansiyasının gücü 29 MVt-dır.

“Sevmorput” Rusiya Federasiyasında atom elektrik stansiyası olan yeganə buzqıran nəqliyyat gəmisidir.

Xatırladılır ki, dekabrın 7-də Moskvada elektrik zavodunda da güclü yanğının baş verib...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.