Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib

25-12-2023, 19:47           
Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib
Rusiyada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirilib.

APA-nın Rusiya bürosu Shot teleqram kanalına istinadən xəbər verir ki, qətl hadisəsi Dağıstanın Xasavyurt şəhərində baş verib.

Belə ki, 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə hücum olub. Onu mənzilində döyərək qətlə yetiriblər.

Həmyerlimizin evində dodağı qopmuş vəziyyətdə cəsədi aşkar olunub. Onun qətlə yetirildiyi vaxt həyat yoldaşı da evdə olub.

Məlumata görə, Cabirin kiçik məişət texnikası və mətbəx əşyaları mağazası olub. O, ötən gecə ezamiyyətdə olduğu Dubaydan uçaraq Xasavyurtdakı evinə qayıdıb. Səhər saat 5 radələrində iki nəfər Cabirin evinə gəlib. Həmyerlimizin onlarla borc haqqında söhbəti olub. Daha sonra söhbət davaya çevrilib, iş adamının arvadı ona kömək etmək istəsə də, başına aldığı zərbədən sonra o, huşunu itirib.

Hazırda polis qətlin iştirakçılarını axtarır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.