Polis iti axtarışda olan uşağı qarın altından tapıb

27-12-2023, 13:24           
Polis iti axtarışda olan uşağı qarın altından tapıb
Finlandiyada polis iti nəhəng qar yığını arasında itkin düşən uşağı tapıb.

32gun.az xəbər verirnki, bu barədə ölkə in məşhu "YLE" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Korpilahti polisi yerli vaxtla axşam saat 10 radələrində məktəblinin itməsi barədə siqnal alıb.
Bu zaman uşaq üç saat idi ki, evdən uzaqlaşıbmış və çovğun onun izlərini örtübmüş.

Məlum olub ki, uşaqlar təmizləyici texnikanın yaratdığı nəhəng qar yığını aşkar ediblər. Uşaqlar qarlı dağda tunellər qazıblar. Onlardan biri qar mağarasında oynayarkən avtomobilin atdığı qarın yeni hissəsi çökməyə səbəb olub.
Gözünü açan uşaq özünü bir yarım metr qalınlığa qədər qar qatının altında tapıb.

Polis iti qarlı dağı iyləyib, amma ilk dəfə orada heç nə tapmayıb.
Lakin ikinci axtarışdan sonra "Kuxa" adlı polis iti nə isə hiss edib və getməkdən imtina edib. Patrulçular və "Kuxa" gecə yarısından sonra uşağı qarın altından tapıblarq. Uşaq tapılan zaman huşunu itiribmiş. Amma təcili yardım maşınında özünə gəlib və hər şeyi danışa bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru