ABŞ-də hind quşu bir şəhəri işıqsız qoyub

27-12-2023, 16:14           
ABŞ-də hind quşu bir şəhəri işıqsız qoyub
ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində Milad ərəfəsində vəhşi hind quşu elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd olunur ki, yerli elektrik enerjisi şirkəti problemi qısa zamanda aradan qaldırıb. Nəticədə şəhər sakinləri Milad bayramını işıq problemi olmadan qeyd edə biliblər.

Sakramentoda 4 248 bina və kommersiya obyektində elektrik enerjisi kəsilib.

“Naqillərdə hind quşu ilişib qalıb”, - deyə elektrik enerjisi təchizatı şirkətinin nümayəndəsi bildirib.
Buna baxmayaraq, şirkətin saytında şəhərin enerji təchizatında hər hansı bir fasilə barədə məlumat verilməyib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru