COVID-19 peyvəndi istehsal edən şirkətin rəhbəri həbs edildi

27-12-2023, 12:38           
COVID-19 peyvəndi istehsal edən şirkətin rəhbəri həbs edildi
Rusiyad COVID-19 peyvəndi istehsal edən şirkətin rəhbəri 19 milyon rubl rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Rus mətbuatı xəbər verir ki, Zamoskvoretsky məhkəməsi "Konvasel" COVID-19 peyvəndlərinin istehsal edildiyi "Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Serumlar İnstitutu və Bakteriya preparatları istehsalı müəssisəsi"nin rəhbəri Yevgeni Makovskini həbs edib.
Məhkəmə şübhəlinin 2024-cü il fevralın 20-dək həbsinə qərar verib. Bildirilir ki, iş üzrə tədqiqat institutunun rəhbərinin şəriki İqor Rudıx da həbs edilib. O da xüsusilə külli miqdarda rüşvətxorluqda ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru