Neft boru kəmərinin partladı: 20 nəfər öldü

28-12-2023, 08:08           
Neft boru kəmərinin partladı: 20 nəfər öldü
Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayış nəticəsində 20 nəfər həyatını itirib. Nigeriyanın Rivers əyalətinin Omoku bölgəsində neft şirkətinin borusunun neft oğurlamaq istəyən gənclər tərəfindən deşildiyi müəyyən edilib.

Bu vaxt baş verən partlayışda 20 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Səlahiyyətlilər hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini və partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman zaman neft oğurluğu hadisələri baş verir.

Hökumət bu il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulduğunu açıqlayıb.

Mənbə: Ntv.Tr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru