Liseyin binasında yerləşən kafedə DƏHŞƏT: İşdən qovulan şəxs administratoru bıçaqladı

29-12-2023, 09:14           
Liseyin binasında yerləşən kafedə DƏHŞƏT: İşdən qovulan şəxs administratoru bıçaqladı
Sankt-Peterburqun Puşkinski adlanan bölgəsində dəhşətli hadisə baş verib.

Restoran nəzarətçi işləmiş şəxs Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Dövlət Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Puşkin liseyində yerləşən restoranda həyəcan siqnalı işə düşüb. Belə ki, işdən çıxarılan şəxs şəxs bıçaqla keçmiş iş yerinə gəlib.

Hadisə yerinə Kolpinski rayonundan özəl mühafizə dəstəsi gəlib. Müəssisənin əməkdaşları gələn Rusiya qvardiyasına bildiriblər ki, restorana bir nəfər gəlib və o, əvvəllər oradan qovulub. O, sərxoş olub və administratorla münaqişəyə başlayıb və onu öldürməklə hədələyib. Daha sonra administratorun əlindən bıçaq zərbəsi endirib.

Hadisəni törədən adam saxlanılaraq ərazi polis şöbəsinə gətirilib. Zərərçəkmiş üçün təcili yardım çağırılıb. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru