Nazirliyin "Dayı" ləqəbli yüksək vəzifəli şəxsi HƏBS OLUNDU

20-03-2024, 00:02           
Nazirliyin "Dayı" ləqəbli yüksək vəzifəli şəxsi HƏBS OLUNDU
Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub.

TEREF-in qafqazinfo-ya istinadən məlumatına görə, söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.
Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Hərbi Prokurorluqdan saytımıza təsdiq edilib.

Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru