Dəniz quldurlarının əsir götürdüyü iranlılar azad edildi

31-03-2024, 10:34           
Dəniz quldurlarının əsir götürdüyü iranlılar azad edildi
Hindistan Hərbi Dəniz Qüvvələri Somali sahillərində silahlı quldurlar tərəfindən əsir götürülən İran balıqçı gəmisinin 23 ekipaj üzvünü azad edib.

“Cebhe.info” bu barədə “Reuters”-ə istinadən xəbər verir.

“Əl-Kambar 786” gəmisi martın 28-də Yəmənin Ərəbistan dənizindəki Sokotra adasının cənub-qərbində olub. Bu zaman gəmiyə doqquz dəniz qulduru minib.

Gəmi “INS Sumedha” və “INS Trishul” gəmiləri tərəfindən tutulub. Nəticədə 12 saatdan çox intensiv taktiki icra nəticəsində quldurlar təslim olmağa məcbur oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru