İngiltərənin paytaxtı Londonda yerləşən və fars dilində yayım həyata keçirən “İran İnternational” kanalında çalışan tanınmış jurnalist Pouria Zeraati hücuma məruz qalıb.
Kanalın verdiyi açıqlamaya görə, Zeraatiyə evinin qarşısında çoxsaylı bıçaq zərbəsi vurulub.
Onun xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin stabil olduğu bildirilib.
2022-ci ildə İranda hökumət əleyhinə nümayişləri geniş şəkildə tənqid edən 36 yaşlı Zeraatinin bıçaqlanması ilə bağlı istintaq antiterror qrupları tərəfindən aparılıb.
London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin direktoru Dominik Merfi hücumun müxtəlif səbəblərdən törədilə biləcəyini və hər ehtimalı dəyərləndirdiklərini qeyd edib. Mörfi əlavə edib ki, ərazidə polis əməkdaşlarının sayı artırılıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrında polis “İran İnternational”da çalışan iki jurnalistə diqqətli olmaları barədə xəbərdarlıq edib.