Ölümcül qida əlavəsi onlayn şəkildə satılır

1-04-2024, 16:58           
Ölümcül qida əlavəsi onlayn şəkildə satılır
Rusiya Federasiyasındakı iki onlayn mağazayapon şirkətinin həyati təhlükəsi olan qida əlavələri satır. Foodinfo.az Ura.ru-a istinadla xəbər verir ki, Beni-Koji qırmızı düyü ilə Asiya brendinin qiyməti 2800-3690 rubl arasında dəyişir.Hüquqşünas Əsəd Yusufovun sözlərinə görə, Rusiya Federasiyasında qeydiyyatsız məhsul satan mağazalar yarım milyon rubl cərimələnə bilər.Hətta satdıqları məhsulun tərkibi təhlükəli olduğu ortaya çıxarsa, satıcılara qarşı cinayət işi də açıla bilər. Məhsulun birbaşa Yaponiyada təhlükəli hesab edilib-edilməməsinin əhəmiyyəti yoxdur. Ekspert aşkar edilən məhsulların götürülməsi və ekspertizanın aparılmasının zəruriliyini bildirib.Xatırladaq ki, Yaponiyada məşhur “Kobayashi Pharmaceutical” əczaçılıq şirkətindən tərkibində qırmızı maya düyü olan qida əlavələri qəbul edən iki nəfər ölüb, 100-dən çox insan xəstəxanaya yerləşdirilib. Əlavənin məqsədi xolesterol səviyyəsini aşağı salmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru