Hindistanda şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü

1-04-2024, 12:34           
Hindistanda şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü
Hindistanda kişi ona rahat yatmağa imkan verməyən müdirini öldürüb.

Qeyd olunur ki, hadisə Puri şəhərində baş verib.

Prakaş Kumar Bhoumi baxıcı kimi işə düzəlib və 74 yaşlı iş adamına baxıb. Yaşlı iş adamı gecə ərzində bir neçə dəfə kişini yuxudan oyadıb, bundan sonra o, çox əsəbiləşib və yumruqlarla ona hücum edib.

Səhər qohumları təqaüdçünün evinə gələrək orada onun meyitini tapıblar. Müşahidə kameralarının görüntüləri sayəsində cinayətkar tez bir zamanda aşkarlanıb. Kişi yaşlı adamın qollarını burub, çarpayıya atıb və şiddətlə döyüb.

Hüquq-mühafizə orqanları artıq cinayətkarı həbs edib. Hindlinin sözlərinə görə, o, işəgötürəni öldürmək istəməyib, sadəcə yatmaq istəyib deyə özündən çıxıb. Yaşlı kişi isə onun yanına gəlməsi üçün tez-tez zəngə basıb.

Mənbə: The Times of India












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru