Atası uşağın paltarına qum və daş doldurub dənizə atıb - Sumqayıtdakı qətlin ŞOK DETALLARI

1-04-2024, 13:34           
Atası uşağın paltarına qum və daş doldurub dənizə atıb - Sumqayıtdakı qətlin ŞOK DETALLARI
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin meyiti aşkarlanıb.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Lent.az hadisənin bəzi təfərrüatlarını əldə edib.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.

Atası körpəni dənizdə boğmaq məqsədi ilə uşağın paltarlarına qum və daş doldurub və suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirirlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru