"Сrocus City Hall"dakı terror aktına görə daha bir nəfər tutulub
2-04-2024, 00:10
Rusiyanın İstintaq Komitəsi “Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha 1 nəfərin həbsinə dair təqdimat verib.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Yakubconi Yusifzoda terror aktının təşkili və törədilməsində iştirakda ittiham olunur.
İttiham aktına əsasən həmin şəxs terror hadisəsini həyata keçirən dəstənin üzvlərindən birinə bank kartı vasitəsilə müəyyən məbləğdə pulun köçürülməsini təmin edib.
Qeyd edək ki, martın 22-də baş verən terror aktı nəticəsində 144 nəfər ölüb, 551 nəfər isə yaralanıb.