Yaponiyada dünyanın ən yaşlı pandası ölüb

2-04-2024, 10:04           
Yaponiyada dünyanın ən yaşlı pandası ölüb
1995-ci ildə Çində doğulan və 2000-ci ilin yayından Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda 28 yaşında ölüb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı bambuk ayısında ürək xəstəliyi aşkar edilib. Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ilinə bərabərdir. Tan-Tan 23,5 ilini Kobe zooparkında keçirib.

Əvvəlcə pandanın 2020-ci ildə – Yaponiya zooparkında qalması ilə bağlı icarə müddəti bitdikdən sonra Çinə qayıdacağı güman edilirdi, lakin koronavirus pandemiyası və Yaponiya ilə Çin arasında birbaşa uçuşların ləğvi səbəbindən geri dönüş təxirə salınmalı olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru