Çində bir neçə yeni “Xiaomi” elektromobili qəzaya uğrayıb - FOTO/VİDEO

2-04-2024, 11:54           
Çində bir neçə yeni “Xiaomi” elektromobili qəzaya uğrayıb - FOTO/VİDEO
Çində “Xiaomi” şirkətinin bir neçə yeni elektrik avtomobili qəzaya uğrayıb.

Hadisə şahidləri sosial şəbəkələrdə ən azı üç belə hadisənin görüntülərini dərc ediblər.

Ehtimal olunur ki, qəzalar müştərilərə sınaq üçün verilən avtomobillərdə baş verib.

Xatırladaq ki, martın 28-də Çində “Xiaomi SU7” elektrik avtomobillərinin satışına başlanılıb. Sedanın ilkin versiyasında elektrik mühərrikinin gücü 299 at gücünə, ikimühərrikli versiyasında isə 673 at gücünə malikdir və 100 kilometr/saat sürəti 2,78 saniyəyə yığmağa qadirdir.

Elektromobilin akkumulyatoru bir dəfəyə maksimum 800 kilometrə bəs edir. “Xiaomi SU7”nin qiyməti 215 900 yuandan (təxminən 50 min manatdan) başlayır.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru