İranın Dəməşqdəki konsulluq binası dağıdıldı: Ölənlərin sayı 11-ə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

2-04-2024, 08:21           
İranın Dəməşqdəki konsulluq binası dağıdıldı:
İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.

Qeyd edək ki, İran diplomatik missiyası kompleksinin yaxınlığında Suriya ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlər var.

Mənbə: TASS

01.04.2024, 22:24

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasındadır.

Ümumilikdə, zərbə nəticəsində azı beş nəfər həlak olub.

Məlumata görə, Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb.

Mənbə: TASS

01.04.2024, 19:52

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

İran səfiri Hüseyn Əkbərinin və ailəsinin zərbə nəticəsində xəsarət almadığı bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtının qərbində, SEPAH-dan (İran İnqilab Keçişçiləri Korpusu - red.) olan iranlı hərbi məsləhətçilərin yaşadığı Mezze məhəlləsinə raket zərbələri endirib.

Zərbələr nəticəsində SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general Məhəmməd Rza Zahedi öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.
Mənbə: TASS, Reuters












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.