Dünyanın ən yaşlı adamı vəfat etdi
3-04-2024, 11:51
Venesuela sakini, dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora 115 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat yayıb.
“Dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşən Xuan Visente Peres Mora 114 yaşında vəfat etdi. Onun ailəsini qucaqlayır və El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”, - Maduro X-də (keçmiş “Twitter”) yazıb.
“El Nacional” qəzetinin məlumatına görə, Perez Mora 115 yaşına az qalmış 114 yaş 339 gun yaşında tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib. 4 fevral 2022-ci ildə o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayaraq, 112 yaş 253 günlə dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Mora uzunömürlülüyünü "daimi iş, yaxşı istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi" ilə əlaqələndirib.
Perez Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində ailənin 9-u uşağı olaraq dünyaya gəlib. Ən uzunömürlü kişinin 11 uşağı var.