“Bakubus”un avtobusu ilə bağlı QALMAQAL - Sürücü günahkardır, yoxsa?..

5-10-2016, 15:37           
“Bakubus”un avtobusu ilə bağlı QALMAQAL - Sürücü günahkardır, yoxsa?..
Bir neçə gün əvvəl “Bakubus”a məxsus avtobusun sürücüsü ilə bağlı mətbuat səhifələrində ciddi iradların yer aldığı məlumat dərc olunmuşdu. “Bakubus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlamasında məsələnin araşdırılacağını və videogörüntülərin ictimailəşdiriləcəyini bildirmişdi.

Biz də məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə çalışdıq. Şikayətçi, “Yeni Müsavat” qəzetinin daş direktoru Ələsgər SüleymanovModern.az-a şirkət rəsmilərilə birlikdə videogörüntülərə baxış keçirdiyini deyib:
“Açığı videoda görünür ki, maşın avtobusun yanından keçərək qabağına çıxır. Bu zaman avtobus sürücüsü qəfil tormoz verir. Videoda salondakı sərnişinlərlə nə baş verdiyi görünür. Amma sürücünün günahsız olub-olmaması mübahisəlidir. Çünki, mən onlara da dedim ki, sürücü əvvəla soldan gələn maşına yol vermir və dərhal hərəkətə başlayır.
Mən xahiş etdim ki, görüntülərin mənə təqdim etsinlər. Onlar isə rəhbərlikdən icazə alındıqdan sonra bunun mümkün olacağını bildirdilər. İndiyə qədər isə görüntüləri mənə göndərməyiblər”.
Ə.Süleymanov “Bakubus” şirkətinin məqsədli şəkildə görüntüləri ictimailəşdirmədiyini vurğulayıb:
“Mən hesab edirəm ki, “Bakubus” öz sürücüsünü təmizə çıxartmaqdan ötrü günahı avtobusun qarsısına çıxan avtomobil sürücüsünün üzərinə atmağa çalışır. Yəni videonu ictimailəşdirməmələri də bunu göstərir. Bu şikayəti ilkin olaraq biz yazmışdıq və təklif etdik ki, görüntünü də yayaq. İctimaiyyət hadisəyə öz reaksiyasını bildirsin. Onlar isə vermirlər”.

Ə.Süleymanov həmin sürücünün iştirakı ilə baş verən hadisənin ilk olmadığını iddia edib:
“Videoda səs eşidilməsə də görünür ki, sərnişinlər ona etiraz edirlər. Yəni bu sürücünün əvvəlcədən də avtobusu pis idarə etməsilə bağlı sərnişinlərin qənaəti hiss olunur. Görünür ki, camaat bu sürücünün əlindən “yığıb”. Həmin vaxt sürücü sərnişinin yıxılması, əzilməsilə maraqlanmır, valideynimi dayancaqda düşürərək yoluna davam edir”.

Şikayətçi atasının vəziyyətinin hələ də yaxşı olmadığını bildirib:
“Atam hələ yaxşı deyil, müalicəsi davam edir. Bilirsiniz ki, əzik ağrısı tez keçmir”.

Ə.Süleymanov sürücünün günahsızlığına əmin olacağı təqdirdə təkzib verəcəyini deyib:
“Mən onlara da təklif etdim ki, videonu mənə təqdim etsinlər, sayta qoyaq, ictimailəşdirək. Çünki, 6 kameradan çəkiliş aparılır. Orada bütün görüntülərə baxmaq lazımdır. Yəni avtobus gözləməli idimi, yoxsa digər avtomobilə yolmu verməli idi? Bax bu suala cavab üçün mütləq bütün görüntüləri ictimailəşdirmək lazımdır. Onlarsa razılaşmır”.
Qeyd edək ki, hadisə sentyabrın 27-də “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Sülemanovun atası Süleyman Süleymanovun da sərnişini olduğu 13 saylı “Bakubus” avtobusunda baş verib. Hadisə zamanı S.Süleymanovun qabırğaları əzilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.