Nyu-York yaxınlığında helikopter çaya düşdü: Ölənlər var 11-04-2025, 12:18 Nyu-York şəhəri yaxınlığında göyərtəsində sərnişinlərin olduğu helikopter qəzaya uğrayıb.Oxu.Az xəbər verir ki, bu barədə Nyu-York polisi "X" sosial şəbəkə hesabında məlumat yayıb.Helikopter Hudzon çayına düşüb. İnsident nəticəsində azı altı nəfər həlak olub.Sərnişinlərin İspaniya vətəndaşları olduqları bildirilir. Facebook-da paylaş