Nizami Piriyev əfv olundu: Zavodu yenidən işləyir - "İşlər əvvəlki qaydada davam edir"

16-06-2015, 20:39           
Nizami Piriyev əfv olundu: Zavodu yenidən işləyir - "İşlər əvvəlki qaydada davam edir"
Adı kredit qalmaqalında hallanan oliqarx Nizami Piriyevin rəhbəri olduğu Azərbaycan Metanol Zavodu (AzMeCo) fəaliyyətini bərpa edib.

Bu barədə AzVision.az-a “AzMeCo” şirkətindən məlumat verilib.

Bildirilib ki, zavodun fəaliyyətinə N. Piriyevin özü nəzarət edir: “Artıq bir neçə gün olar ki, zavodumuz fəaliyyətini bərpa edib. İşlər əvvəlki qaydada davam edir. Qaz və neftlə təchizat məsələsində heç bir problem yoxdur. Bütün işlərə Nizami Piriyev həmişəki kimi özü nəzarət edib. O hazırda Bakıdadır”.

Qeyd edək ki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi.

Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləyib.

Xatırladaq ki, mətbuatda çıxan yazılarda Azərbaycan Metanol Zavodunun fəaliyyətini dayandırmasına səbəbi kimi, SOCAR-ın xammal olan təbii qazı kəsməsi (Piriyev qazı ucuz almaq istədiyinə görə zavodun xammalı kəsilib) göstərilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.