Mağazaya basqın edib... Milli Ön-ü yardılar

17-06-2015, 15:27           
Mağazaya basqın edib... Milli Ön-ü yardılar
Abşeron rayonunun Digah qəsəbəsində yeni yaşayış massivində yerləşən marketlərdən birinə basqın olub.

Hadisə Zəfər Qurbanova məxsus mağazada qeydə alınıb. Gecə saatlarında mağazanın dam hissəsini qıraraq ora daxil olan naməlum oğrular obyektdəki "MilliÖn" aparatını qıraraq, onun içərisindəki 1 780 manat pulu ələ keçiriblər. Həmçinin cinayətkarlar kassada olan 30 manatı, siqaretləri, spirtli və 8 ədəd energetik içki götürərək aradan çıxıblar.

Qeyd edək ki, mağazada müşahidə kamerası olsa da, obyekt sahibi marketi bağlayıb evə gedən zaman kameranı işə salmağı unudub. Bu səbəbdən, mağazaya daxil olan şəxslərin görüntüləri kameranın yaddaşına düşməyib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsində araşdırma aparılır.
(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru