“Paşabank”ın sədri Beynəlxalq Banka rəhbər təyin edildi

4-04-2015, 15:25           
“Paşabank”ın sədri Beynəlxalq Banka rəhbər təyin edildi Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.

teref.aznun «qafqazinfo»ya istinadən məlumatına görə, «PaşaBank»ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

«Unibank»ın icraçı direktoru Cəlal Qasımov isə «PaşaBank»ın sədri təyin edilib.

Qeyd edək ki, F. Axundov Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Sənayenin planlaşdırılması» fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin «Biznesin administrasiyası» fakultəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC «Bank Standard» KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

07.2005-03.2007-ci illərdə «F.T.F» MMC-nin Direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə «PAŞA Bank» ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru