"Al Jazeera" telekanalı geniş haker hücumuna məruz qalıb

9-06-2017, 00:17           

KİV bu barədə ətraflı məlumat verəcəyini vəd edib

"Al Jazeera" mediaqrupu kütləvi haker hücumuna məruz qaldığını bəyan edib.
"Report" xəbər verir ki, KİV yaxın vaxtlarda bu barədə ətraflı məlumat yayacağını vəd edib.
"Al Jazeera" mediaqrupunun bütün sistemləri, veb-saytları və sosial şəbəkələrdəki əkkauntları kiberhücuma məruz qalıb", - deyə mediaqrupun məlumatında bildirilir.
Bununla belə, "Reuters" xəbər verir ki, nəşrin bütün sistemləri işlək vəziyyətdədir.
Qeyd olunur ki, şirkətin İT xidməti hücumların qarşısını ala bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru