Mədəniyyət və İncəsənət Universitetində «könüllü» qalmaqalı — Belə deyirlər…
4-04-2015, 15:28
Bu ilin yayında Azərbaycanda keçiriləcək Birinci Avropa Yay Oyunlarına 8 milyard dollar xərclənəcəyi artıq təsdiqlənib. JAM.AZ xəbər verir ki, bu qədər pulun bir qismi tikintilərə sərf olunacaq. Bir qismi isə oyunlara qatılacaq idmançıların xərclərini ödəməyə xərclənəcək.
Amma Azərbaycan hökuməti, həm də Avropa Oyunlarında könüllülərin də imkanlarından istifadə etməyi qərarlaşdırıb. Məntiq etibarı ilə könüllü şəkildə yarışda xaricdən gələnlərə yardım göstərmək olduqca təqdir olunan haldır. Və bu həm də ölkəmizi təmsil və təbliğ etmək baxımından əlverişlidir. Amma bu iş könüllü olarsa…
Azərbaycanda isə işlər tam tərisinədir. Sosial şəbəkələrdə yayılan məlumata əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində könüllü məsələsi məcburiyyətə və təhdidə çevrilib. JAM.AZ həmin məlumatlara istinadən xəbər verir ki, universitetin Sənətşünaslıq fakültəsinin dekanı Raifə Səfərova tələbələrə xəbərdarlıq edib ki, Birinci Avropa Oyunlarında könüllü olmayacaq tələbələr qovulacaq.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.