Kərəm Həsənovun qarşılarında ağ bayraq qaldırdığı İmanov qardaşları… — Komitə sədri bu qədərmi acizdir?
4-04-2015, 15:30
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovla bağlı AzFakt.com-a ilginc informasiya daxil olub. Verilən məlumatda bildirilir ki, Beyləqan rayonunda fəaliyyət göstərən 6 saylı regional Ərazi İdarəsinin reyster şöbəsinin müdiri Zaman İmanov qardaşının əli ilə idarənin köhnə binasını özəlləşdirib. Bildirilir ki, 2014-cü ildə 1 sentyabrda 6 saylı ərazi idarəsi yeni inzibati binasına köçüb və açılışda Daşınmaz Əmlakın Xidmət rəisi Məhəmməd İmanovda iştirak edib.
Məhəmməd İmanov
Daxil olan məlumatda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin rəisi 6 saylı Ərazi idarəsinin Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov idarənin yeni binaya köçəcəyindən istifadə edərək köhnə binanı «su qiymətinə» özəlləşdirərək ələ keçirib. Zaman İmanovuun Füzuli, Beyləqan, Ağcabədi rayonalarında öz adamları vasitəsi ilə hər ay külli miqdarda qazanc əldə etdiyi qeyd olunur. Şöbə müdirinin əsas pul yığanlarından birinin Nazim adlı işçisinin olduğunu bildirilir.
Zaman İmanovuun qazanc mənbələrindən biridə təzə torpaqlara verilən “torpaq akt”nın verilməsidir. Belə ki, bir çox rayonlarda o cümlədən Beyləqanda yeni həyətyanı torpaqların heç bir sənədi yoxdur. Qeydiyyat şöbəsinin müdiri xəristəsi olmayan torpaqlara saxta yollarla arayış aldırır və vətəndaşlara adi bir arayışla torpaq aktı verir. Həmin forma 1-in qiyməti isə 500 -1500 manat arasında dəyişir.
Məlumata əsasən Zaman İmanov qardaşına arxalanaraq hər ay Beyləqan, Ağcabədi, Füzuli rayonlarında “torpaq aktı” maxinasiyasından hər ay külli miqdarda qazanc əldə edir. İmanov qardaşlarının qanunsuz qazancları sayəsində Bakıda və Qarabağ bölgəsində bizneslər qurduqları , təsərrüfat sahələri yaratdıqları, «su qiymətinə» daşınmaz əmlaklar əldə etdikləri bildirilir. Daxil olan məlumatda göstərilir ki, vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda qazanc əldə edən qardaşlar Bakıda və xarici ölkələrdə evlər, villalar alıblar.
Məlumatlı mənbə bildirir ki, təkcə Beyləqan rayonunda Zaman İmanovun dövlətdən və vətəndaşlardan oğurladığı milyonlar sayəsində bir neçə obyekti, bir neçə evi, 100 hektarlarla torpaq sahələri mövcuddur.
Qeyd edək ki, İmanov qardaşlarının qanunsuz olaraq əldə etdikləri malk-mülkləri ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza təm təfsialtı məlumat verəcəyik. (azFakt.com)