“Dedi açar göndərirəm, evimdən pul götür” – Tanışı ilə birgə qohumunun evini yardı

17-08-2017, 15:16           
“Dedi açar göndərirəm, evimdən pul götür” – Tanışı ilə birgə qohumunun evini yardı
Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisindəki evlərdən birində baş verən oğurluq faktının üstünü açıblar.

ARB TV xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və tanışı Ziyad Abdullayev tutulub.

Onların saxlanması ilə başqa qaranlıq məsələlərə də işıq düşüb. Araşdırmalarla məlum olub ki, Ramiz Ağayev tanışı ilə birgə öz qohumunun evinə müxtəlif vaxtlarda bir neçə dəfə oğurluğa girib. Özü də elə qohumunun ona olan etimadından sui-istifadə etməklə.

Ramiz Ağayev – Saxlanılan şəxs: “Kserksini çıxartdırıb, açarı bir müddət özümdə saxladım. Birinci dəfə 4500 götürmüşdüm Ziyadla. Götürdüyüm puldan 800 manatını Ziyada vermişdim”.

Ziyad Abdullayev – Saxlanılan şəxs: “Rayondaydı, mənə zəng elədiki evin açarını göndərirəm, mənim evimdən pul götür göndər. Mən də 3000 bir dəfə, 4000 bir dəfə, axırıncı dəfə dedi ki, 13 min pulum qalıb, götür göndər mənə”.

Evdən ümumilikdə 45 500 manatın oğurlandığı bildirilir.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.