Azərbaycanlı ermənini öldürdü: Qadın üstündə
17-08-2017, 16:14
Saxalin vilayətinin Anivsk rayon İstintaq İdarəsinin istintaq şöbəsi nə evin ətrafındakı ərazidə 51 yaşlı Ermənistan vətəndaşının öldüyü barədə xəbər daxil olub.
PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, məhkəmə-tibb ekspertizası onun ürək hemotamponadasından, döş qəfəsinin qapalı küt travmasından, sağ mədəciyinin kəsilməsindən öldüyü müəyyənləşdirib.
Bu hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
İstintaqın versiyasına görə, erməni 22 ildən çox vilayət mərkəzində bir qadınla yaşayıb və onların iki uşağı var.
Onun öldürülməsinin səbəbinə gəldikdə, bildirildiyinə görə, bu, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə bağlıdır və 51 yaşlı erməni bir müddət həbsxanada da yatıb.
Bu ilin mart ayında həbsxanadan çıxanda isə birgə yaşadığı qadının başqa kişi ilə yaşadığını öyrənib. Qadın onu narahat etməməyi xahiş edib.
Qadının sonradan birgə yaşadığı kişi çıxıb getsə də, evə gəlib-gedib, ona zəng də vurub.
Avqustun 15-də öldürülən qadınla birgə Novotroitskdəki tanışlarına qonaq gedib.
Şübhəli şəxs qadının yerini öyrənərək dostları ilə birgə iki avtomobildə həmin yerə gedərək ermənini söhbət etməyə çağırıb. Sonuncu daha bir qonaqla evdən çıxıb. Bundan sonra şübhəli şəxs onunla gələnlərlə birgə əl və ayaqları ilə çoxlu zərbə vurublar.
Onlar ermənini hadisə şahidlərinin müdaxiləsinə qədər döyüblər. Bundan sonra Azərbaycan stları ilə avtomobilə oturaraq hadisə yerini tərk ediblər.