Gəncədə 20 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub

9-12-2017, 14:21           
Gəncədə 20 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub
Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 20 yaşlı V. Cəmşidzadə dekabrın 8-də qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru