Hörümçək dişlədi, ayaqlarını kəsdilər

10-12-2017, 16:56           

Avstraliyada ağ quyruqlu hörümçək tərəfindən dişlənən gənc ayaqlarını itirib.
Publika.az xəbər verir ki, hadisə Avstraliyanın Viktoriya əyalətinin, Birchip qəsəbəsində baş verib. Həftə sonunda Melbournedan Birchip qəsəbəsinə qohumlarını ziyarətə gələn Terri Parejanı sağ ayağından ağ quyruqlu hörümçək dişləyib. Ayağının şişdiyini görən gənc həkimə müraciət edib.
Horsham Wimmera Bələdiyyə Xəstəxanasının həkimləri infeksiya səbəbindən Parejanın sağ ayağının kəsiblər. İnfeksiyanın yayəlma təhlükəsinə görə müşahidə altında saxlanılan Pajeranın sol ayağını da xilas etmək mümkün olmayıb.
Təxminən bir aydır ki, xəstəxanada müalicə altında olan Parejanın vəziyyətinin stabil olduğu bildirilib.
Parejanın bacısı Raquel Oglebinin sözlərinə görə, infeksiya nəzarət altına alınmazsa həkimlər Pajeranın qollarını da amputasiya edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru