Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb
10-12-2017, 17:04
Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib. "Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb. Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.