Bakı aeroportunda gərgin anlar: təyyarə qəza enişi etdi

11-12-2017, 23:55           
Bakı aeroportunda gərgin anlar: təyyarə qəza enişi etdi
“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

teref.az xəbər verir ki, bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.
Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru