“Nissan” 24 mindən çox avtomobili geri çağırdı

12-12-2017, 09:25           

“Nissan” şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Sayt Rusiya KİV-ə istinadən məlumat verir ki, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış “Qashqai” və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.AvtoReyd.Az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru