Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub

13-12-2017, 09:03           
Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub
Yaponiyada Okinava prefekturasının Qinovan şəhər məktəbinin ibtidai sinif şagirdi pəncərə şüşəsinin onun üzərinə düşməsi nəticəsində xəsarət alıb.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, ehtimala görə, şüşə yaxınlıqdan "SH-53" tipli Amerika hərbi vertolyotunun keçməsi nəticəsində titrəyişdən yerə düşüb.
Sahəsi təqribən 1 metr olan şüşə 30 şagirdin və bir neçə müəllimin bədən tərbiyəsi ilə məşğul olduğu idman meydançasına düşüb. Uşaq sol qolundan xəsarət alıb.
Hazırda polis hadisənin səbəblərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru