Kiyevdə atışma nəticəsində 6 nəfər yaralanıb

14-12-2017, 09:24           
Kiyevdə atışma nəticəsində 6 nəfər yaralanıb
Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insident şəhərin Vasilkovski küçəsində qeydə alınıb.

Məlumata əsasən bir qrup şəxs arasında baş verən dava atışma ilə bitib. Travmatik silahdan açılan atəş nəticəsində iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan daha 4-ü gözyaşardıcı qazdan zəhərlənib.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru