Bakıda dəhşətli qətlin gizlinləri: Gəlinlə sevişən qonşuda həbs edildi
16-12-2017, 01:00
Oğlunun həyat yoldaşını güllələyən qayınata polisə təslim olub, qadının sevgilisi həbs olunub
Dörd gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı xəbərdə adı hallanan şəxs həbs edilib. teref.az Lent.az-a istinadla xəbər verir ki, qayınatası Seyidmalik Məmmədov tərəfindən güllələnərək öldürülən 24 yaşlı Aysellə gizli münasibətlərinin olduğu üzə çıxan qonşusu Təhmasib də saxlanılıb.
Məhkəmə 4 uşaq atası olan 37 yaşlı Təhmasib barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Gəlinini öldürən 59 yaşlı Seyidmalik Məmmədov barəsində isə istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.
Qeyd edək ki, oğlunun 24 yaşlı həyat yoldaşı Aysel Məmmədovanı güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.