Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

16-12-2017, 13:52           

Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda məlumat yayıb.

Teref/info-nun xəbərinə görə, bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru