Bakıda körpə qız yük avtomobilinin altında qalaraq ölüb

18-12-2017, 09:28           
Bakıda körpə qız yük avtomobilinin altında qalaraq ölüb
Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.

"Report" xəbər verir ki hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib

Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru