Körpə qızını öldürən anadan tükürpədən etiraf - Video

18-12-2017, 09:50           

Türkiyənin Qaziantep vilayətində 5 aylıq qız uşağının meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı körpənin 1 həftə öncə döyülərək öldürüldüyü aşkar edilib.

Təhlükəsizlik kameralarına baxış zamanı 24 yaşlı suriyalı Ziyad El Abdullahın körpə qızı döyməsi üzə çıxıb.

Ziyad El Abdullah, 10 aydır evli olduğu İhlas Əl Baho və onların evində qaldığı Əl Abdullah saxlanılıb.

Qadın polisə ifadəsində bildirib ki, cəsədi tapılan körpənin atası keçmiş əri olub. Cütlük hadisə baş verən günü körpənin çox ağladığını və buna görə gəzintiyə çıxardıqlarını, səsini kəsməyincə onu öldürdüklərini etiraf ediblər.
[media=https://www.youtube.com/watch?v=dwnjDqFljLI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.