Rus hərbçiləri Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd göstərdi - GÖZLƏNİLMƏZ...

18-12-2017, 10:40           
Rus hərbçiləri Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd göstərdi - GÖZLƏNİLMƏZ...
Rusiyanın Ermənistandakı 102-ci bazasından iki rus hərbi qulluqçusu ölkə ərazisindən qaçmağa cəhd edib.

Moderator.az yazır ki, bu haqda işğalçı ölkənin mediası xəbər yayıb.

Məlumatda deyilir ki, təxminən 2 ay öncə Gümrüdəki rus bazasından yoxa çıxan və axtarılan əsgərlər təxminən noyabrın 27-də İcevan rayonunun Lusadzor kəndində yaxalanıb. Kənd icmasının rəhbəri Vardan Sardaryan onları axtaran polis və hərbçilərə bildirib ki, rus əsgərlər kənd yaxınlığında keçmiş yeməkxananın uçuq binasında altlarına xəzəl döşəyərək gecələyiblər. Sonra isə hərbi paltarın üzərindən mülki paltarlar geyinmiş hərbçilər meşədəki çobanlarla tanış olub və özlərini rus turistlər kimi təqdim edərək onlarla günorta yeməyi yeyiblər. Biri Rusiyanın Rostov, o birisi isə Sverdlovsk vilayətindən olan hərbçiləri kənd sakinləri bir neçə dəfə evlərində qonaq ediblər. V.Sardaryanın sözlərinə görə rus əsgərləri bir neçə dəfə kənddən çıxaraq Ermənistan sərhədini keçməyə cəhd göstəriblər. Lakin buna nail olmayıblar.

Qeyd edək ki, Ermənistanın İcevan rayonu Azərbaycanın Qazax rayonu ilə həmsərhəddir. Lusadzor kəndi isə sərhəddən 17 km məsafədədir.

Məlum olduğu kimi, son illər Rusiyanın Ermənistandakı hərbi bazasından fərarilik halları artıb. Buna səbəb kimi buradakı hərbi hissələrdə nizam-intizamın və maddi təchizatın ürəkaçan olmaması göstərilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.