Rusiyanın Mosvka vilayətində "Şakro Maladoy" adlı kriminal avtoritetin dəstəsi saxlanılıb. FaktXəbər-in "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, dəstə üzvləri insanlara hədə-qorxu gəldikləri üçün saxlanılıb.
Bildirilir ki, cinayətkar dəstənin üzvləri yerli sahibkara hədə-qorxu gələrək ondan 80 min rubl tələb ediblər. Axtarış zamanı cinayətkarlardan iki travmatik tapança, ov patronları, beşbarmaq, o cümlədən saxta vəsiqələr tapılıb.
Qeyd edək ki, "Şakro Maladoy" ləqəbi ilə tanınan Zaxariy Kalaşov rüşvət verməkdə ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, bir milyon dollar rüşvət verərək həbsdə olan tərəfdarlarının işini yüngülləşdirmək istəyib.