Bakıda kafedə PARTLAYIŞ

19-12-2017, 10:47           

Bakının Nizami rayonunda ümumi sahəsi 150 m2 olan kafedə yanğınla nəticələnən partlayış baş verib.


teref.az-nun FHN-nin saytına istinadən xəbərinə görə, hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxıb, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 m2 sahədə yanıb.


Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru