Bakıda avtobus sürücüsü infarkt keçirərək zəncirvari qəza törətdi - FOTO

19-12-2017, 11:44           
Bakıda avtobus sürücüsü infarkt keçirərək zəncirvari qəza törətdi - FOTO
"Azadlıq" metrostansiyası yaxınlığında avtobus sürücüsü zəncirvari qəza törədib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub. Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan "Hyundai" markalı avtomobili 200 metr sürüyüb. "Hyundai" markalı avtomobil isə yol düzəldən maşına çırpılaraq dayanıb. Hadisə şahidləri bildirib ki, avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Avtobus sürücüsünün infarkt keçirdiyi bildirilir. Ona ilkin tibbi yardım göstərilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru