Gömrük Hospitalında bir həftədə iki nəfər ölüb? - İDDİA

22-12-2017, 17:25           
Gömrük Hospitalında bir həftədə iki nəfər ölüb? - İDDİA
Azərbaycanda fəaliyyət göstərən daha bir xəstəxanada ölüm faktı qeydə alınıb.

Saytımıza daxil olan məlumata görə, Gömrük Hospitalında bu həftə iki ölüm hadisəsi baş verib.

Belə ki, 42 yaşlı bir qadın bağırsağındakı polipdən əməliyyat olunarkən keçinib. 52 yaşlı bir kişi isə narkozdan ayılmayıb.

Məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğu ilə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimizə cavab verən tapılmadı.

Gömrük Hospitalından isə yazılı müraciət ediləcəyi təqdirdə açıqlama veriləcəyi bildirildi. \\PRİMETİME.AZ\\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru