Gürcüstanda 10 nəfər saxlanılıb, külli miqdarda sikah-sursat müsadirə olunub - FOTOLAR

23-12-2017, 00:47           

Bu gün Gürcüstanda bölgələrdə və paytaxt Tbilisidə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfər saxlanılıb.

teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayətkarlıq üzrə baş idarəsinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərin 6-sı əvvəllər məhkum olunub.

M.Çelidzenin sözlərinə görə, saxlanılan şəxslərin evlərində axtarış zamanı bir pulemyot, altı tapança, yeddi ov tüfəngi, üç tüfəng, əl qumbaraları, 1095 müxtəlif kalibrli patron, digər silah-sursat və 7 bağlama heroin daxil olmaqla müxtəlif narkotik vasitələr müsadirə olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb.
Gürcüstanda 10 nəfər saxlanılıb, külli miqdarda sikah-sursat müsadirə olunub - FOTOLAR














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru